...

Yaponiya Nazirlər Kabineti rekord həddə müdafiə xərcləri olan büdcəni təsdiqləyib

Dünya xəbərləri Materials 26 Dekabr 2025 07:51 (UTC +04:00)
Yaponiya Nazirlər Kabineti rekord həddə müdafiə xərcləri olan büdcəni təsdiqləyib

Bakı. Trend:

Yaponiya hökuməti 2026-cı maliyyə ili (2026-cı ilin aprel ayından başlayaraq) üçün rekord səviyyədə 122,3 trilyon yen (təxminən 783 milyard dollar) büdcə layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, layihədə ölkənin tarixində ən böyük müdafiə xərclərinin 8,8 trilyon yen (56,3 milyard dollar) olması da təklif olunub.

Hərbi büdcənin artırılması hökumətin müdafiə potensialını artırmaq və zərbə silahlarını tətbiq etmək siyasətinin bir hissəsidir. Bundan əvvəl Baş nazir Sanae Takaiçi 2027-ci il üçün planlaşdırılan müdafiə xərclərinin ÜDM-in 2%-i hədəfinə vaxtından əvvəl çatmağı hədəfləyib.

Bildirilib ki, sosial təminat xərcləri rekord həddə - 39 trilyon yenə (249,5 milyard dollar) çatacaq ki, bu da tibbi xidmətinin qiymətlərinin artması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti