...

Türk İnvestisiya Fondu TRIPP-i maliyyələşdirmə üçün potensial layihələrdən biri kimi nəzərdən keçirir (ÖZƏL)

İqtisadiyyat Materials 25 Dekabr 2025 18:18 (UTC +04:00)
Türk İnvestisiya Fondu TRIPP-i maliyyələşdirmə üçün potensial layihələrdən biri kimi nəzərdən keçirir (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk İnvestisiya Fondu “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (Trump Route – TRIPP) investisiya üçün potensial layihələrdən biri kimi nəzərdən keçirir.

Bunu Trend-ə özəl müsahibəsində Türk İnvestisiya Fondunun baş direktoru Ramil Babayev bildirib.

“Orta müddətli perspektivdə biz ölkələrimizi qlobal bazarlarla birləşdirən nəqliyyat infrastrukturuna investisiya imkanlarının axtarışına fokuslanacağıq. Fondun iştirak edə biləcəyi layihələr sırasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttini, Zəngəzur dəhlizini (TRIPP), eləcə də Orta Dəhlizin imkanlarının yaxşılaşdırılmasına yönəlmiş digər təşəbbüsləri görürük. Bu layihələr multimodal nəqliyyata yatırımlar vasitəsilə regional rifahın artmasına töhfə verir”, – deyə R. Babayev qeyd edib.

O vurğulayıb ki, fond ekoloji baxımdan daha dayanıqlı gələcəyin dəstəklənməsinə sadiqdir və regionda bərpa olunan enerji sahəsindəki layihələrə, eləcə də enerjinin saxlanması və nəqli üzrə təşəbbüslərə investisiya imkanlarını nəzərdən keçirir.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədə qərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) 9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadi inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti