...

Manatın dövretmə sürəti azalıb

İqtisadiyyat Materials 25 Dekabr 2025 14:40 (UTC +04:00)
Manatın dövretmə sürəti azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin noyabrın 1-i ilə müqayisədə 0,07 bənd və ya 2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,19 bənd və ya 5,3% azalıb.

Belə ki, bu ilin noyabrın 1-nə manatın dövretmə sürəti 3,45 bənd, ötən ilin dekabrın 1-nə isə 3,57 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti