Bakı. Trend:
Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.
Trend xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə Puşkin adına Teatrın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, teatr və kino aktrisasının vəziyyəti Mayakovski adına Teatrda aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı pisləşib.
“Artıq Vera Valentinovna artıq aramızda deyil. O, 60 il Puşkin Teatrında xidmət edib. Kədərimiz sonsuzdur”,-teatrın saytında dərc olunan nekroloqda bildirilir.
Qeyd edək ki, V. Alentova dünya şöhrətini rejissor Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filmində baş rolu canlandırdıqdan sonra qazanıb. Film 1981-ci ildə “Ən yaxşı xarici dildə film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.
