...

Çin "SatNet" rabitə peykləri qrupunu orbitə çıxarıb

Dünya xəbərləri Materials 26 Dekabr 2025 05:48 (UTC +04:00)
Çin "SatNet" rabitə peykləri qrupunu orbitə çıxarıb

Bakı. Trend:

Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) "SatNet" aşağı orbitli rabitə peyklərinin 17-ci dəstini uğurla orbitə buraxıb.

Trend-in məlumatına görə, bu barədə şirkət "WeChat" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Məlumata əsasən, raketin buraxılışı cümə günü Pekin vaxtı ilə saat 07:26-da Vençan Peyk Buraxılış Mərkəzinin kommersiya sahəsində baş tutub. Buraxılış zamanı "CZ-8A" raket daşıyıcısından istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti