Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex" birjasında 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək troya unsiyası üçün 75 dolları keçib.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.
Saat 05:04-ə olan məlumata əsasən, qiymətli metalın qiyməti 4,87 faiz artaraq troya unsiyası üçün 75,175 dollara çatıb. Saat 05:24-ə üçün gümüşün qiyməti troya unsiyası üçün 75,355 dollara (+5,12 faiz) çatıb.
yni zamanda, 2026-cı ilin fevral ayında "Comex" birjasında çatdırılma üçün qızıl fyuçersləri troy unsiyası üçün 4548,5 dollar (+0,96 faiz) təşkil edib.