...

Bakıda narkokuryerdən 17 kq marixuana aşkarlandı - Əməliyyat görüntüləri (VİDEO)

Hadisə Materials 25 Dekabr 2025 15:18 (UTC +04:00)
Bakıda narkokuryerdən 17 kq marixuana aşkarlandı - Əməliyyat görüntüləri (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi “Land Rover” markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti