...

Ötən ayda Azərbaycanın milli ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Dekabr 2025 19:19 (UTC +04:00)
Ötən ayda Azərbaycanın milli ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin noyabrr ayında Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi 362,5 milyon manat, sayı isə 2,6 milyon ədəd təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 277,6 milyon manat və ya 4,3 dəfə artıb, miqdarı isə 2,5 milyon ədəd və ya 35,8 dəfə artıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında ölkədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 84,3 milyon manat, sayı isə 72 min ədəd təşkil edib.

2025-ci ilin noyabr ayında Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖNKS) vasitəsilə aparılan əməliyyatların həcmi 3,9 milyard manatı, sayı isə 8 milyon ədədi keçib.

Ötən ilin eyni ayı ilə müqayisədə XÖNKS vasitəsilə əməliyyatların həcmi 39 milyon manat və ya 1 faiz, sayı isə təxminən 5,9 milyon ədəd və ya 42,4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti