...

Ukrayna Rusiya mallarının idxalına qoyulan qadağanı bir il uzadıb

Dünya xəbərləri Materials 26 Dekabr 2025 00:19 (UTC +04:00)
Ukrayna Rusiya mallarının idxalına qoyulan qadağanı bir il uzadıb

Bakı. Trend:

Ukrayna Nazirlər Kabineti Rusiyadan mal idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.

Trend-in məlumatına görə, bu, Ukrayna hökumətinin saytında dərc olunmuş iki qərardan irəli gəlir.

Onlardan biri müəyyən Rusiya mallarının idxalına qoyulan qadağanı 31 dekabr 2026-cı ilə qədər uzadır. Digəri isə Rusiyadan gələn məhsullara tətbiq edilən rüsumları eyni müddətə uzadır.

Hər iki qərar 30 dekabr 2015-ci ildə qəbul edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.

Qadağan olunmuş idxal məhsullarına ət, balıq, qəhvə, çay, şokolad və digər şirniyyat məhsulları, körpə qidası, ev heyvanları üçün yem, spirtli içkilər və siqaretlər daxildir. Qadağa həmçinin bir neçə növ sənaye mallarına, nəqliyyat vasitələrinə, gübrələrə və kənd təsərrüfatı məhsullarına da şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti