...

Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində işlər gələn il başa çatdırılacaq - Leysan Məmmədov

Cəmiyyət Materials 25 Dekabr 2025 13:53 (UTC +04:00)
Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində işlər gələn il başa çatdırılacaq - Leysan Məmmədov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində işlər gələn il başa çatdırılacaq.

Trend xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov jurnalistlərə müsahibəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb:

"Ağdam şəhərində 5 yaşayış məntəqəsinin təməli qoyulub. Hal - hazırda 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb. 4 və 5-ci yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir. Baş Qərvəndə və Eyvazxanbəyli kəndlərində isə Tikinti işləri davam etdirilir. Kəndlərdə davam etdirilən işlərin 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulub", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti