...

Bakıda taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsi təklif edilir

Cəmiyyət Materials 26 Dekabr 2025 11:49 (UTC +04:00)
Bakıda taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsi təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vacib məsələlələrdən biri taksilərin xüsusi avtobus zolaqlarından istifadəsi ilə bağlıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili xatırladıb ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş şəkildə tətbiq olunur:

“Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin. Bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirəcək, tıxac yükünü azaldacaq və vətəndaş məmnunluğunu artıracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti