...

Şükürbəyli kəndinin sel sularından mühafizəsinə 7,1 milyon manat sərf ediləcək

İqtisadiyyat Materials 26 Dekabr 2025 11:18 (UTC +04:00)
Şükürbəyli kəndinin sel sularından mühafizəsinə 7,1 milyon manat sərf ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sel sularından mühafizəsi üzrə işlərə başlanılır.

Trend-in məlumatına görə, görüləcək işlər çərçivəsində kəndin 1042 ailəlik (I mərhələ-635 ailəlik) yaşayış məntəqəsinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər, yağış kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur.

Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) artıq bununla bağlı müvafiq işlərə start verib.

Fond sözügedən işlərin icrasının 7,149 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti