...

Gürcüstanın sabiq müdafiə naziri saxlanılıb

Dünya xəbərləri Materials 25 Dekabr 2025 21:39 (UTC +04:00)
Gürcüstanın sabiq müdafiə naziri saxlanılıb

Bakı. Trend:

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Baço Axalayanı oktyabrın 4-də Tbilisidəki prezident sarayına basqının əsas təşkilatçısı kimi saxlayıblar.

Trend-in məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Laşa Maqradze brifinqdə deyib.

"Toplanan dəlillərə əsasən, Gürcüstanda 4 oktyabr hadisələrinin əsas təşkilatçısının şəxsiyyəti təsdiqlənib. Müvafiq olaraq, Baçana (Baço) Axalayanı saxladıq", - deyə L. Maqradze bildirib.

O əlavə edib ki, keçmiş nazirin həyat yoldaşı Ani Nadareişvili onunla birlikdə saxlanılıb, lakin təhlükəsizlik qüvvələri onu sərbəst buraxıb. Onun işi ilə bağlı istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti