Bakı. Trend:
Qanunvericiliyə əsasən tikintiyə icazə verən yeganə səlahiyyətli orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Lakin praktikada yerli icra hakimiyyətlərinin rəyləri hələ də prosesə həlledici təsir göstərir və bu layihələrin ələxsusda regionlarda həyata keçirilməsində müəyyən çətinlik yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, şəhərsalma siyasətinin institusional tamamlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin regional idarələri yaradılmalıdır:
“Tikinti və şəhərsalma ilə bağlı hazırda yerli icra hakimiyyətlərində olan rəy və texniki səlahiyyətlər birbaşa bu regional idarələrə verilməlidir.
Bu regional idarələr Prezident İlham Əliyevin müəyyən etdiyi şəhərsalma strategiyasını regionlarda icra edəcək, vahid memarlıq və planlaşdırma standartlarını təmin edəcək, subyektiv və fərqli yerli yanaşmaları aradan qaldıracaq.Bu həm də mərkəzi idarənin yükünü azaltmış olacaq”.
