...

İranın İraqa qaz tədarükünün dayandırılması səbəbi açıqlanıb

İqtisadiyyat Materials 26 Dekabr 2025 04:55 (UTC +04:00)
İranın İraqa qaz tədarükünün dayandırılması səbəbi açıqlanıb

Bakı. Trend:

İran hakimiyyəti qonşu İraqa qaz tədarükünün tamamilə dayandırılmasının əsas səbəbləri kimi qış dövründə havaların soyumasını və texniki problemləri göstərib.

Trend-in məlumatına görə, bu barədə İraq Energerika Nazirliyi bildirib.

"İran tərəfinin məlumatına əsasən, qaz ixracının dayandırılması [İranda] daxili tələbatın artması ilə əlaqədar olaraq texniki səbəblər və qış soyuğunun başlaması ilə şərtləndirilib", - deyə nazirliyin mətbuat katibi Əhməd Musa bildirib.

O əlavə edib ki, İranın qaz təchizatı “onsuz da kifayət deyildi və [idxal dayandırılmadan əvvəl] razılaşdırılmış 25 milyon kubmetrdən gündə 5 milyon kubmetrə qədər olub”.

Buna görə də, Ə.Musa qeyd edib ki, "ölkənin paytaxtı Bağdad və mərkəzi bölgələri artıq İrandan qazla təmin olunmurdu və xammal yalnız cənub bölgələrində paylanırdı".

İraq nazirliyinin mətbuat katibi belə bir nəticəyə gəldi ki, "əgər İran həqiqətən soyuq hava səbəbindən təchizatı dayandırsa, bu, bütün qış [İraqda] İran qazının olmayacağı anlamına gələ bilər".

Xəbər lenti

Xəbər lenti