...

Bakıda dost dediyi adama kart məlumatlarını verən şəxs talanıb

Hadisə Materials 25 Dekabr 2025 16:45 (UTC +04:00)
Bakıda dost dediyi adama kart məlumatlarını verən şəxs talanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti