Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrın 28-də Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-yə səfər edəcəyi gözlənilir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, liderlərin görüşü ABŞ Prezidenti Donald Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında baş tuta bilər. Kiyev rəhbərliyinin artıq ABŞ-yə səfərə hazırlıq işlərinə başladığı qeyd olunur.
Xatırladaq ki, ötən gün Zelenski ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ liderinin kürəkəni, sahibkar Cared Kuşnerlə danışıqlar apardığını bildirmişdi.
“Biz davam edən işin bəzi mühüm təfərrüatlarını müzakirə etdik”, – deyə o, sosial şəbəkə hesabındakı paylaşımda yazmışdı.
