...

"Daxili qoşunlar haqqında" qanun təsdiqlənib

Siyasət Materials 25 Dekabr 2025 17:50 (UTC +04:00)
"Daxili qoşunlar haqqında" qanun təsdiqlənib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Daxili qoşunlar haqqında" qanun təsdiqlənib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının daxili qoşunları haqqında qanununda öz əksini tapıb.

Qanuna əsasən, sənəd Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Sənəddə daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.

Sənəd altı fəsil, otuz maddədən ibarətdir.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti