...

İslandiyada bu ay üzrə temperatur rekordu qeydə alınıb

Dünya xəbərləri Materials 25 Dekabr 2025 20:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslandiyada Milad ərəfəsində dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İslandiyanın şərq sahilində yerləşən Seydisfyordyur adlı kiçik yaşayış məntəqəsində havanın temperaturu yay göstəricilərinə çataraq 19,8 dərəcə olub.

Meteoroloji müşahidələrin bütün tarixi ərzində altı il əvvəl qeydə alınmış əvvəlki rekord 0,1 dərəcə fərqlə üstələnib.

İslandiya Meteorologiya İnstitutunun meteoroloqları bu rekordu isti hava kütlələrinin və güclü küləyin dağlıq ərazilərdə fen effekti yaratması ilə izah edirlər. Bu effekt zamanı hava aşağı enərkən qızır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti