...

Hüquqşünaslıq ixtisası üzrə peşə imtahanında iştirak edənlərdən yalnız 37-si şəhadətnamə əldə edib

Cəmiyyət Materials 26 Dekabr 2025 11:54 (UTC +04:00)
Hüquqşünaslıq ixtisası üzrə peşə imtahanında iştirak edənlərdən yalnız 37-si şəhadətnamə əldə edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 75 nəfərdən yalnız 37 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.

Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür.

"Belə ki 19 dekabr 2025-ci il tarixində DİM tərəfindən Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiya sahiblərindən 37 müraciətçidən 22-sinin, Ukrayna ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiya sahiblərindən isə 29 nəfərdən 16-sının uğursuz nəticəsi qeydə alınıb.

Hüquqşünaslıq ixtisası üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını əsasən Rusiya Federasiyası üzrə Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti, MİREA-Rusiya Texnoloji Universiteti, A.Qriqoryeviç və N.Qriqoryeviç Stoletovlar adına Vladimir Dövlət Universiteti, Altay Dövlət Universiteti; Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Y.Mudrıy adına Milli Hüquq Universiteti, T.Şevçenko adına Kiyev Milli Universiteti, Avropa Universiteti, Gömrük və Maliyyə Universiteti, Kiyev Milli Texnologiyalar və Dizayn Universitetindən əldə edib.

Məlumat üçün bildiririk ki, 19.12.2025-ci il tarixində DİM-in keçirdiyi imtahanda Hüquqşünaslıq ixtisası üzrə Türkiyə Respublikası Ankara və Bahçeşehir universitetlərinin tələbələri 30 sualdan 27 suala düzgün cavab verərək ən yüksək nəticə əldə ediblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti