...

"MasterCard" kartları ilə Azərbaycanda həyata keçirilən əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 Dekabr 2025 10:41 (UTC +04:00)
"MasterCard" kartları ilə Azərbaycanda həyata keçirilən əməliyyatların həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin noyabr ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 4,5 milyard manat məbləğində 70,7 milyon əməliyyat həyata keçirilib.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 5,1 milyon və ya 13 faiz artıb, əməliyyatların məbləği isə 93 min manat və ya 2 faiz azalıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı 509 min, əməliyyatların həcmi isə 50,7 milyon manat təşkil edib.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti