...

Paytaxtın bir neçə ərazisində qaz kəsiləcək

Cəmiyyət Materials 25 Dekabr 2025 16:46 (UTC +04:00)
Paytaxtın bir neçə ərazisində qaz kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın bir neçə ərazisində təbii qazın verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

Bildirilib ki, sabah saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti