...

Bakıda 1 saylı körpələr evində Yeni il şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2025 13:18 (UTC +04:00)
Bakıda 1 saylı körpələr evində Yeni il şənliyi keçirilib (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 1 saylı körpələr evində Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

Trend xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən müəssisədə baş tutub.

Şənlik zamanı körpələr müxtəlif rəqs nömrələri və səhnəciklər nümayiş etdiriblər.

Bayram proqramında Şaxta baba və Qar qız da iştirak ediblər. Tədbirin sonunda uşaqlara Yeni il hədiyyələri paylanılıb.

Körpələr evinin baş həkimi Dürdanə Budaqova tədbirdə çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evlərinin fəaliyyətini hər zaman diqqət və qayğı mərkəzində saxlayırlar.

Onun sözlərinə görə, göstərilən bu davamlı dəstək körpələr evlərində görülən işlərin keyfiyyətinin daha da yüksəlməsində mühüm rol oynayır.

Baş həkim qeyd edib ki, körpələr evində çalışan kollektiv üzvləri üzərlərinə düşən məsuliyyəti dərindən anlayır və peşə vəzifələrini böyük sədaqət və fədakarlıqla icra edirlər.

Baş həkim həmçinin bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 1 saylı körpələr evində çalışan əməkdaşların əməkhaqları 1,5–3 dəfə artırılıb. Onun sözlərinə görə, bu qərar Prezident İlham Əliyevin sosial sahəyə, xüsusilə də uşaqlarla çalışan mütəxəssislərin əməyinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Baş həkim Səhiyyə Nazirliyinə və aidiyyəti qurumlara körpələr evinə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.

Sonda Dürdanə Budaqova 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektiv üzvlərini və körpələri təbrik edərək, onlara sağlam və xoşbəxt gələcək arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti