...

Biz Aİ ilə münasibətləri hər vəchlə yaxşılaşdırmağa çalışmalıyıq - Kobaxidze

Dünya xəbərləri Materials 26 Dekabr 2025 12:47 (UTC +04:00)
Biz Aİ ilə münasibətləri hər vəchlə yaxşılaşdırmağa çalışmalıyıq - Kobaxidze
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan siyasi kursunu dəyişmədən Avropa İttifaqı ilə münasibətləri hər vəchlə yoluna qoymağa çalışmalıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze danışıb.

Kobaxidze vurğulayıb ki, Tbilisi ilk növbədə Brüsseldən dəyişikliklər gözləməklə “ehtiyatlı və strateji təmkinlilik” mövqeyini tutub.

“Düşünürəm ki, gələn il bir çox dəyişikliklərlə dolu olacaq, o cümlədən Avropa İttifaqı ilə bağlı məsələlərdə. Görək bu proseslər necə inkişaf edəcək. Avropa bürokratiyasının suveren addımlar atmaq üçün resurslarının olmadığını nəzərə alsaq, nikbinlik üçün əsaslar bəlkə də o qədər də möhkəm deyil. Biz Avropa İttifaqı ilə münasibətləri hər vəchlə yaxşılaşdırmağa çalışmalıyıq”, – deyə Gürcüstanın Baş naziri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti