Bakı. Trend:
Rusiya Silahlı Qüvvələrinin motoatıcı bölmələrinin hazırlıq proqramına yerüstü robotlaşdırılmış platformaların idarə olunması üzrə kurs daxil edilib.
Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Hərbi qulluqçular yerüstü dronlara quraşdırılmış atıcı silahlardan və qumbaraatanlardan atəş açmağı məşq edəcəklər.
Bundan başqa, döyüşçülər robotların silahlarının dəyişdirilməsi, nişangah kompleksləri ilə işləmə və texnikanın sahə şəraitində təmiri üzrə bacarıqlara yiyələnəcəklər.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, robotexniki komplekslərin tətbiqi hücum və müdafiə zamanı həmlə qruplarına və ön cəbhə bölmələrinə atəşin intensivliyini artırmalarına imkan verəcək.
