...

Bu gün Azad Azərbaycan telekanalının yaranmasından 25 il ötür

Cəmiyyət Materials 25 Dekabr 2025 15:52 (UTC +04:00)
Bu gün Azad Azərbaycan telekanalının yaranmasından 25 il ötür

Bakı.Trend:

Bu gün Azad Azərbaycan (ATV) telekanalının yaranmasından 25 il ötür.

Trend xəbər verir ki, Azərbaycan teleməkanında yetərli qədər öz sözünü deyən kanal ilk dəfə dekabrın 25-i 2000-ci ildə fəaliyyətə başlayıb.

“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” Ədliyyə Nazirliyi tərəfindən 1998-ci in mayın 13-də dövlət qeydiyyatına alınıb.

Kanalın ilk efir vaxtlarında yayım saatını kliplər, bədii və cizgi filmlər təşkil edib.

Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramı yayımına başlayıb.

Trend İnformasiya Agentliyinin kollektivi ATV-də çalışan həmkarlarını təbrik edir, və reytinqlərdəki zirvələri qoruyub saxlamağı arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti