...

Manatın nominal və real effektiv məzənnəsi aylıq ifadədə artıb

İqtisadiyyat Materials 25 Dekabr 2025 14:46 (UTC +04:00)
Manatın nominal və real effektiv məzənnəsi aylıq ifadədə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 103,4 faiz bəndi təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq ifadədə 0,5 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,1 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin dekabrın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 175,5 faiz bəndi təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,9 faiz bəndi azdır.

Bundan başqa, 2025-ci ilin dekabrın 1-nə manatın ümumi real effektiv məzənnəsi 116,3 faiz bəndi təşkil edib. Bu, aylıq müqayisədə 0,9 faiz bəndi çox, illik müqayisədə isə 6,3 faiz bəndi azdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 112,6 faiz bəndinə bərabər olub ki, bu da aylıq ifadədə 0,2 faiz bəndi çox, illik ifadədə isə 6,4 faiz bəndi azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti