...

Agentlik qonşu ölkələrdə attestatla qəbul imkanı verən universitetlərin diplomlarının tanınması ilə bağlı məsələyə aydınlıq gətirib

Cəmiyyət Materials 26 Dekabr 2025 12:23 (UTC +04:00)
Agentlik qonşu ölkələrdə attestatla qəbul imkanı verən universitetlərin diplomlarının tanınması ilə bağlı məsələyə aydınlıq gətirib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya, Türkiyə, Gürcüstan kimi ölkələr mərkəzləşdirilmiş imtahanlarda uğur qazana bilməyən şəxslərə yalnız attestatla təhsil imkanı vəd edir.

Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yaxın coğrafiyada olan bütün ölkələrdə tələbə cəlbi istiqamətində attestatla qəbul vədləri verilir:

"Bizim üçün attestatla qəbulla bağlı da qanunvericilik aktı yoxdur. Onun sözlərinə görə, kvalivikasiyaların tanınması üçün əsas şərt onun alındığı ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə institusional akkreditasiyadan keçmiş olmağıdır".

Agentlik sədri vurğulayıb ki, yalnız attestatla qəbul almış şəxslərin kvalivikasiyalarının tanınması prosesində ciddi problemlər yaranır. O qeyd edib ki, tanınma prosesində son mərhələdə məlum olur ki, bəziləri heç öz ixtisaslarının adını da bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti