...

Səfir Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2025 17:07 (UTC +04:00)
Səfir Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi məlumat yayıb.

Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif olunub.

25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov medalları Qismət Gözəlova təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti