...

Qarşıdakı 5 ildə dünya üzrə səhiyyə işçisi çatışmazlığı 11 milyonu keçəcək - ÜST

Dünya xəbərləri Materials 25 Dekabr 2025 14:50 (UTC +04:00)
Qarşıdakı 5 ildə dünya üzrə səhiyyə işçisi çatışmazlığı 11 milyonu keçəcək - ÜST
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilə qədər dünya üzrə 11,1 milyon səhiyyə işçisi çatışmazlığının olacağı proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci il üçün Dünya Səhiyyə Statistikası hesabatında qeyd olunub.

Məlumata görə, qlobal miqyasda tibb bacısı işçi qüvvəsinin sayı təxminən 30 milyona çatır. Amma ayrı-ayrı yerlərdə hələ də tibb bacısı çatışmazlığı ciddi problem olaraq qalır.

Tibbi xidmətə çıxışın və keyfiyyətin artırılması üçün isə tibb bacısı işçi qüvvəsinin gücləndirilməsi və dəstəklənməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti