...

Agentlik sədri saxta diplomlarla bağlı tələbələrə müraciət edib

Cəmiyyət Materials 26 Dekabr 2025 12:31 (UTC +04:00)
Agentlik sədri saxta diplomlarla bağlı tələbələrə müraciət edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi vətəndaşlar vaxtilə aldadılaraq etibarsız sənədlərlə ali təhsilli olduqlarını zənn ediblər.

Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, təkcə dünən bu istiqamətdə aldadılmış iki vətəndaşla görüş keçirilib:

"Ali təhsil seçimi olduqca vacib qərardır və bu zaman əsas diqqət sənədə deyil, şəxsin bilik, bacarıq və səriştəsinə yönəlməlidir. İşəgötürənlər üçün diplomların yoxlanılması və qiymətləndirilməsi üçün metodik mexanizmlər hazırlanıb və müvafiq sənədlərdə əksini tapıb. Məqsəd bu mövzuda cəmiyyətin maarifləndirilməsi və vətəndaşların daha diqqətli davranmasını təmin etməkdir. Son dövrlər “MyGov” portalında kvalifikasiyanın görünməməsi ilə bağlı müraciətlər çoxalıb. Vətəndaş diplomunun sistemdə əks olunmadığını gördükdə şübhələnərək bizə müraciət edir və araşdırma nəticəsində məlum olur ki, həmin şəxs saxta sənədlə aldadılıb”, – deyə bildirilib.

Agentlik sədri qeyd edib ki, pozuntu halları aşkarlandıqda isə hüquqi-prosessual qaydada aidiyyəti üzrə müvafiq orqanlara müraciət edilir:

"Bu baxımdan həm vətəndaşların, həm də işəgötürənlərin daha ehtiyatlı davranması tövsiyə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti