...

“Milli-mənəvi dəyərlər” hüquqi-normativ aktlarda ayrıca anlayış kimi təsbit edilməyib – Elçin Mirzəbəyli

Cəmiyyət Materials 26 Dekabr 2025 12:03 (UTC +04:00)
“Milli-mənəvi dəyərlər” hüquqi-normativ aktlarda ayrıca anlayış kimi təsbit edilməyib – Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qanuna əlavədə istifadə edilən “milli-mənəvi dəyərlər” ifadəsi hüquqi-normativ aktlarda ayrıca anlayış kimi təsbit edilməyib və ölçülə bilən hüquqi meyarlarla müəyyən olunmayıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, bu anlayışın semantik yükü aydın olsa da, normativ tətbiq baxımından onun şərhində müxtəlif yanaşmaların ortaya çıxması ehtimalı mövcuddur:

“Təklif olunan əlavədə artıq “ictimai mənəviyyat”, “əxlaq normaları” və “əxlaqsız hərəkətlər” kimi hüquqi baxımdan müəyyən olunmuş anlayışlar yer alır, normanın tətbiqi üçün əlavə qeyri-müəyyən anlayışların daxil edilməsinə ehtiyac yaranmaya bilər. Yeni əlavənin mövcud hüquqi mexanizmlərlə normativ uyğunluğu təmin edilməlidir”.

Deputat vurğulayıb ki, qüvvədə olan normativ-hüquqi aktlarda “milli-mənəvi dəyərlər” anlayışı hüquqi termin kimi təsbit edilməyib:

“Konstitusiyada ümumbəşəri dəyərlər və mənəviyyat anlayışlarından istifadə olunur ki, bu da hüquqi baxımdan daha geniş və tətbiqi baxımdan müəyyənlik yaradan anlayışlardır. Normativ aktlarda istifadə edilən terminlərin hüquqi müəyyənlik prinsipinə uyğunluğu sonrakı tətbiq mərhələsində mübahisələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Gələcəkdə təklif olunan maddənin tətbiqi zamanı sanksiyaların mübahisələndirilməsi prosesində subyektiv şərh risklərinin yaranmaması üçün normanın terminoloji dəqiqliyinin təmin edilməsinin məqsədəuyğun olduğunu düşünürəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti