...

Audiovizual Şurada “Dövlət qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2025 18:43 (UTC +04:00)
Audiovizual Şurada “Dövlət qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət” mövzusunda seminar keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq 25 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası aparatının əməkdaşları üçün "Dövlət qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət" mövzusunda seminar təşkil olunub.

Trend xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Seminarı açan Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirmişdir ki, dövlət qulluqçusu olmaq yalnız peşə deyil, eyni zamanda böyük ictimai etimad və məsuliyyət deməkdir. Vətəndaşların dövlətə olan inamı birbaşa dövlət qulluqçusunun davranışından, qərarlarından və qanuna münasibətindən asılıdır. Bu baxımdan korrupsiyaya qarşı mübarizə, etik davranış qaydalarına riayət və hüquqi məsuliyyət məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı mövzu üzrə geniş təqdimat vermişdir. O, "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunlarında təsbit olunmuş normalar haqqında geniş məlumat vermiş, dövlət qulluqçuları tərəfindən etik normalara riayət edilməsinin vacibliyini nəzərə çatdırmışdır. Həmçinin, bu tələblərə riayət edilməməsinin intizam, inzibati və cinayət məsuliyyəti yaratdığı barədə məlumat verilib. Seminarda maraqların toqquşması, korrupsiya hüquqpozmaları, korrupsiyaya şərait yaradan hüquqpozmalar və dövlət qulluqçularından gözlənilən etik davranış qaydaları praktiki nümunələr əsasında izah edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti