...

Çin səfiri Azərbaycanda ilk iri külək enerjisi layihəsinin nə vaxt işə salınacağını açıqlayıb

Energetika Materials 25 Dekabr 2025 14:26 (UTC +04:00)
Çin səfiri Azərbaycanda ilk iri külək enerjisi layihəsinin nə vaxt işə salınacağını açıqlayıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Çin şirkətləri tərəfindən həyata keçirilən 240 meqavat gücündə Azərbaycanın ilk irimiqyaslı külək enerjisi layihəsinin bu il istismara veriləcəyi planlaşdırılır.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, Çin şirkətləri Azərbaycan ilə beş yeni enerji layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlıq sənədlərini imzalayıblar. Bu layihələrdə fotoelektrik və külək enerjisi stansiyalarının ümumi quraşdırılmış gücü 1 570 meqavat təşkil edəcək.

“Layihələr tam gücü ilə istismara verildikdən sonra Azərbaycanın bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal gücü ikiqat artacaq”, - Lu Mey qeyd edib.

O həmçinin bildirib ki, Çin şirkətləri Ələt azad iqtisadi zonasında öz investisiyaları hesabına 3 qiqavat gücündə günəş batareyaları istehsal edən zavod tikməyi planlaşdırırlar.

“Bu layihənin həyata keçirilməsi Azərbaycanın yüksək texnologiyalı emal sənayesinin inkişafı üçün böyük imkanlar açacaq”, - deyə səfir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti