...

ABŞ xüsusi əməliyyatlar üçün Karib dənizinə daha beş təyyarə göndərib

Dünya xəbərləri Materials 25 Dekabr 2025 21:27 (UTC +04:00)
ABŞ xüsusi əməliyyatlar üçün Karib dənizinə daha beş təyyarə göndərib

Bakı. Trend:

ABŞ ordusu komandanlığı Puerto Rikoya müxtəlif xüsusi əməliyyatlar üçün istifadə edilə bilən daha beş təyyarə göndərib.

Trend-in məlumatına görə, bu barədə "Newsweek" jurnalı peyk görüntülərinə istinadən bildirib.

Məlumata əsasən, bu təyyarələr ABŞ-nin Karib dənizindəki əməliyyatlarını dəstəkləyən iki əsas baza olan Aquadilya şəhərindəki Rafael Hernandes Hava Limanında və Seyba şəhərindəki Hərbi Dəniz Qüvvələrinin "Ruzvelt-Rouds" bazasında yerləşir. Söhnət C-130J hərbi nəqliyyat təyyarəsinin bir variantı olan "MC-130J Commando II" təyyarələrdən gedir.

"Newsweek" xatırladıb ki, son aylarda Puerto Riko ABŞ hava qüvvələrinin cəmləşdiyi yerə çevrilib; xüsusən də komandanlıq "Ruzvelt Rouds" hava bazasının fəaliyyətini yenidən bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti