...

Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb

Dünya xəbərləri Materials 26 Dekabr 2025 01:42 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında baş verən qasırğa nəticəsində ən azı üç nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Forbes" jurnalı xəbər verib.

Ştatın cənubunda yağışlı hava şəraiti hökm sürüb, əsən güclü küləyin sürəti 40 m/s-dən çoxdur. Kaliforniyanın şimalında isə güclü qar yağışı müşahidə olunur.

Əlverişsiz hava şəraiti səbəbindən Milad ərəfəsində ştatda 110 mindən çox müştəri işıqsız qalıb. Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdə və ətraf ərazilərdə fövqəladə vəziyyət elan edib.

Xəbər lenti

Xəbər lenti