Bakı. Trend:
“Real Madrid”in baş məşqçisi Xabi Alonsonu əvəz edə biləcək əsas namizədin adı bəlli olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumat görə, İspaniya Superkuboku “Real” üçün mövsümün həlledici mərhələsi ola bilər. Xabi Alonsonun gələcəyi hələ də sual altındadır və mümkün dəyişiklik halında klub daxilində ən real alternativ kimi Alvaro Arbeloanın adı ön plana çıxır.
Hazırda “Real” La Liqada turnir cədvəlində 42 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 4 xal geri qalır.
İspaniya Superkubokunun yarımfinalında “Real” **“Atletiko”** ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 8-də keçiriləcək.