...

ABŞ sakini lotereyada 1,82 milyard dollar udub

Dünya xəbərləri Materials 25 Dekabr 2025 22:06 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Arkanzas ştatı sakini Milad gecəsi keçirilən Powerball lotereyasında 1,82 milyard dollarlıq cekpotu qazanıb.

Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi xəbər verib.

Məlumata əsasən, o, biletdəki altı lotereya nömrəsinin hamısını tapıb.

Bu, ABŞ-də indiyə qədər qazanılan ikinci ən böyük lotereya cekpotu və "Powerball" üçün ən böyük cekpotdur. 2022-ci ilin noyabr ayında Kaliforniyada 2,04 milyard dollarlıq cekpot qazanılıb.

Qalib olan şəxs mükafatın bütün məbləğini 29 illik ödənişlə və ya 834,9 milyon dollar birdəfəlik ödənişlə əldə edə bilər.

Qalibdən əlavə, səkkiz oyunçu beş ağ topun nömrələrini tapıb və hər biri 1 milyon dollar qazanıb.

Xəbər lenti

Xəbər lenti