Bakı.Trend:
Dekabrın 25-də Qaradağ rayonu ərazisində Qaradağda iki nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən qəza ilə baş verib.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib. Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
