...

Kim Çen In 2026-cı ildə Şimali Koreyada sursat istehsalını artırmağa çağırıb

Dünya xəbərləri Materials 26 Dekabr 2025 04:20 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreyanın Dövlət Şurasının sədri Kim Çen In 2026-cı ilə qədər sursat və raket istehsalı planlarının artırılmasının vacibliyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Kim Çen In hərbi-sənaye kompleksinin obyektlərini ziyarət edərək, 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalının gedişatını yoxlayıb. Şimali Koreya rəhbəri aparıcı müəssisələrin beşillik planın son ili olan 2025-ci il üçün istehsal planını uğurla yerinə yetirdiyini və bununla da ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini qeyd edib.

"Yoldaş Kim Çen In dövlətin silahlı qüvvələrinin raket və artilleriya bölmələrinin gələcək tələbatına uyğun olaraq, inkişaf perspektivlərinə əsaslanaraq 2026-cı il üçün istehsal planının artırılmasının zəruriliyini qeyd edib", - deyə agentlik bildirib. Buna nail olmaq üçün “əlaqəli istehsal müəssisələrinin texniki bazasının gücləndirilməsi və ümumi istehsal gücünün genişləndirilməsi” lazımdır.

Xəbər lenti

Xəbər lenti