Bakı. Trend:
Böyük Britaniyanın Surrey qraflığı polisi Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun uşaq istismarı ilə bağlı məclislərdə mümkün iştirakı ilə bağlı məlumat almaq üçün ABŞ Federal Təhqiqat Bürosuna (FTB) müraciət edəcək.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti xəbər verib.
Məlumata əsasən, muraciətə səbəb İngiltərədə törədilmiş Endryu ilə əlaqəli olduğu iddia edilən cinayətlərdən bəhs edən amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin dərc olunması olub.
"Bu cinayətlərlə bağlı məlumatlar Surrey Polisinə bildirildiyi barədə heç bir dəlil tapmadıq. Buna görə də, senzura edilmiş məlumatlara çıxış əldə etmək üçün kənar qurumlara müraciət edəcəyik", - deyə Britaniya polisinin açıqlamasında bildirilib.