...

Kərkicahanda əsaslı təmir edilən məktəb müasir təhsil şəraiti ilə təchiz edilib

Cəmiyyət Materials 25 Dekabr 2025 18:10 (UTC +04:00)
Kərkicahanda əsaslı təmir edilən məktəb müasir təhsil şəraiti ilə təchiz edilib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Kərkicahan qəsəbəsində 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək keyfiyyətlə və qısa müddətdə aparılıb.

Bunu Trend-in bu gün Qarabağ Bürosunun əməkdaşına açıqlamasında Qarabağ regionla Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib.

O qeyd edib ki, uzun bir fasilədən sonra Kərkicahan qəsəbə 1 saylı tam orta məktəbi doğma yurduna dönən sakinlərin ixtiyarına verilib:

"Əsaslı təmirdən çıxan məktəbdə müasir təhsil sistemi üçün hər cür şərait yaradılıb. 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, informatika, hərbi hazırlıq, biologiya, STEAM, kimya, laboratoriyalar, texnologiya, fizika, dərnək, həmçinin məktəbəqədər hazırlıq otaqları, o cümlədən idman və akt zalları, kitabxana, oxu, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında yenidən qurulması, laboratoriyaların, fənn kabinetlərinin, idman zallarının, oyun meydançalarının inşası, zəruri tədris avadanlığı ilə təchizi olunması, təhsil müəssisələrində çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib".

S. Mənsimli vuğulayıb ki, görülən bütün işlər, işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.

Xəbər lenti

Xəbər lenti