...

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı həbslərin yeni dalğası başlayıb

Dünya xəbərləri Materials 26 Dekabr 2025 10:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin futbol sektorunda çalışanların qanunsuz mərc oyunlarında iştirakı ilə bağlı istintaq çərçivəsində 11 vilayətdə yeni əməliyyat keçirilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Əməliyyatın gedişində 14-ü futbolçu olmaqla 24 nəfər saxlanılıb. Saxlanılanların arasında “Qalatasaray” futbol klubunun keçmiş rəhbərlərindən olan ( “Galatasaray Sportif AŞ” prezidentinin müavini) Erden Timur da yer alır.

Saxlanılanlardan altı nəfər Kasımpaşa-Samsunspor matçının nəticəsinə təsir etməkdə şübhəli bilinirlər.

Bank hesablarının araşdırılması nəticəsində şübhəli maliyyə əməliyyatları və bununla əlaqəli mərc hesabı olduğu müəyyən edilib.

Faktla bağlı istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti