Bakı.Trend:
Bu il ADY qatarlarının qarşısına 54 dəfə qəfil heyvan çıxıb.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.
Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir.
Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir.
