...

“Çelsi” “Aston Villa”nın hücumçusu Morqan Rocerslə maraqlanır

İdman Materials 26 Dekabr 2025 07:18 (UTC +04:00)
“Çelsi” “Aston Villa”nın hücumçusu Morqan Rocerslə maraqlanır

Bakı. Trend:

Londonun “Çelsi” futbol klubu 2026-cı ilin yay transfer dönəmində “Aston Villa”nın hücumçusu Morqan Rocersi heyətinə qatmaq variantını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkələrdə bildirib.

Bildirilib ki, futbolçu yaxın zamanda “Aston Villa” ilə yeni müqavilə imzalasa da, onun komandadan ayrılması istisna edilmir. Bir neçə aparıcı klub Rocersin çıxışlarını diqqətlə izləyir. “Çelsi” ötən yay da oyunçu ilə maraqlanıb, lakin bu maraq rəsmi təklif mərhələsinə çatmayıb. Rocersin 2026-cı ilin yanvarında klubu tərk etməsi gözlənilmir, lakin yay transfer pəncərəsi açıldıqdan sonra müxtəlif variantların yaranacağı istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti