...

Azərbaycanda "Visa" ödəniş kartları ilə həyata keçirilən əməliyyatların həcmi məlum oldu

İqtisadiyyat Materials 26 Dekabr 2025 10:47 (UTC +04:00)
Azərbaycanda "Visa" ödəniş kartları ilə həyata keçirilən əməliyyatların həcmi məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə qurumları tərəfindən buraxılmış “Visa” ödəniş kartları (həmçinin statistik vahid üzrə ödəniş kartları) ilə həyata keçirilən əməliyyatların sayı 130,7 milyon, həcmi isə 7,2 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin analoji dövrü ilə müqayisədə maliyyə əməliyyatlarının sayı 36,4 milyon və ya 38,6 faiz, məbləği isə 1,4 milyard manat və ya 24,1 faiz artıb.

Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 721,7 min, məbləği isə 64 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti