Bakı. Trend:
Azərbaycanın Perudakı Səfirliyi aztəminatlı ailələrin uşaqlarına Milad və Yeni İl hədiyyələri təqdim edib.
Trend-in məlumatına görə, bu barədə səfirlik "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata əsasən, hədiyyələr Peru–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Rosangella Barbaran ilə birlikdə Perunun Komaz rayonunda yerləşən Las Lomas de Nueva Esperanza ərazisində yaşayan aztəminatlı ailələrə təqdim edilib.
