...

Portuqaliyalı futbolçu "Əl-İttihad"a keçir

İdman Materials 25 Dekabr 2025 21:00 (UTC +04:00)

Bakı. Trend:

"Latsio"nun müdafiəçisi Nunu Tavareş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "Əl-İttihad" portuqaliyalı futbolçunu transfer etmək istəyir.

İtaliya klubu Tavareşi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20-25 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti