Bakı. Trend:
İsrail və Suriya tezliklə təhlükəsizlik müqaviləsi imzalaya bilərlər.
Trend-in məlumatına görə, bu barədə "i24" televiziya kanalı mənbəyə istinadən xəbər verib.
"Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraya yaxın bir Suriya mənbəyi kanala bildirib ki, Suriya və İsrailin təhlükəsizlik sazişi danışıqlarında son həftələrdə əhəmiyyətli irəliləyişlər əldə edilib və sənəd tezliklə imzalana bilər", - deyə qeyd edilib.
Məlumata əsasən, tərəflər bu uğuru ABŞ prezidenti Donald Trampın dəstəyinə borcludurlar. Razılaşma tezliklə Avropa ölkələrindən birində keçiriləcək yüksək vəzifəli Suriya və İsrail rəsmilərinin görüşündə əldə edilə bilər.
