Bakı. Trend:
Avropa İttifaqı (Aİ) üçün Gürcüstan ilə münasibətlərin yaxşılaşması sərfəlidir.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir gələn il Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasına nikbin baxdığını bildirib.
"Xüsusilə də Ukraynadakı hərbi əməliyyatlar və çox gəlirli Rusiya bazarının itirilməsi səbəbindən Avropa İttifaqının üzləşdiyi mövcud çətinliklər nəzərə alınmaqla, Gürcüstanla bu cür mənfi münasibətləri davam etdirmək obyektiv olaraq Avropa Birliyinin maraqlarına uyğun deyil", - deyə o qeyd edib.
Baş nazir hesab edir ki, bu şərtlər daxilində Şərqə yeni marşrutlar tapmaq Avropa İttifaqının maraqlarına uyğundur və bu istiqamətdə ən effektiv marşrut Gürcüstandan keçərək Orta Asiya ölkələrinə və Çinə gedir.